ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında saxlanılan 6 erməni diversant haqda sözlər bu təşkilatın sərgilədiyi qərəzli mövqeni bir daha sübut edir. Təşkilatın Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan son gərginliklər haqda və diversiya qrupunun Azərbaycan ərazilərinə daxil olaraq, təxribat aktı törətmək cəhdindən bir kəlmə belə demədiyi halda, 6 diversantı müdafiə etməsi siyasi riyakarlıqdır.
Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 28 may 2021-ci il tarixli bəyanatını şərh edərkən deyib.
O bildirib ki, 27 ildir formal fəaliyyət göstərən, münaqişənin nizama salınmasında heç bir effektiv iş görməyən ATƏT-in Minsk Qrupu bu gün də boş və mənasız bəyanatlar verməkdədir:
“ATƏT-in Minsk Qrupunun həmsədrləri nə olur olsun, tərəfsizliyini qorumalı, ən azından tərəfləri sülhə çağıraraq, yeni reallıq daxilində fəaliyyət göstərdiyini sübut etməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxşı olardı ki, daha ciddi və daha aktual məsələlər ətrafında bəyanat versin. Misal üçün hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiya prosesi kimi…”