Bu il müəllimlərin işə qəbulu üzrə (MİQ) elektron müraciətlərin sayı 60 mini keçib.
Modern.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib.
Onun sözlərinə görə, MİQ-ə maraq artıb: “Müsabiqəyə maraq artıb. Elektron müraciətlərin sayı 60 mindən çox olub. Bu göstəricilər əslində islahatların nəticəsidir”.
Nurlan İsmayılbəyli qeyd edib ki, bu il birinci qrup üzrə ən çox seçilən peşə riyaziyyat, üçüncü qrupda isə tarix muəllimliyi olub.