Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin MiQ-29 və Su-25 təyyarələrinin cəlb olunması ilə taktiki-uçuş təlimi keçirilib.
Pilotlar yeni və modernizə olunmuş radioelektron mübarizə vasitələri ilə yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin susdurulması imkanlarını yoxlayıb, eləcə də aviasiya vasitələrinin tətbiqi bacarıqlarını təkmilləşdiriblər.