Miqrasiya Xidmətinin rəhbərliyi və əməkdaşları Zəfər parkında

Miqrasiya Xidmətinin rəhbərliyi və əməkdaşları Zəfər parkında

Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi və əməkdaşları inşası davam etdirilən Zəfər parkında olublarş

 

Modern.az xəbər verir ki 27 Sentyabr – Anım Günü ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovun rəhbərliyi ilə bir qrup xidmət əməkdaşı Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

 

Xidmət əməkdaşları 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, xatirə daşının önünə gül dəstələri qoyublar.

Mənbə

Share: