“Səbail” növbəti transferini həyata keçirib.
Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Bakı təmsilçisi ötən mövsüm “Zirə”də oynayan Mirsahib Abbasovu heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Onun adı Avropa Liqasının I təsnifat mərhələsində Rumıniya təmsilçisi “Universitatya” ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.
Qeyd edək ki, “Səbail” yay fasiləsində Mirsahib Abbasovun kiçik qardaşı Mirabdulla Abbasovu “Neftçi”dən icarəyə götürüb.