
Son bir həftə ərzində Ukraynanın hücumları nəticəsində Rusiya regionlarında 100-dən çox mülki şəxs, o cümlədən bir uşaq yaralanıb, dörd nəfər isə həlak olub.
Millətin Səsi.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a bildirib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri mülki hədəflərə 1800-ə yaxın müxtəlif sursat atıb ki, onların da əksəriyyəti Qərb istehsalıdır.