
“Tramp-Zelenski görüşündə baş verənlər ABŞ-ın yeni prezidentinin ölkənin ictimai rəyindəki mövqeyini zəiflətdimi? Əsla yox. Əksinə daha da möhkəmlətdi. Çünki Trampın hər kəlməsində, hər hərəkətində ABŞ-nin qurucusu olan toplumun dünyagörüşü, həyat fəlsəfəsi yer alıb. Bu amil “Hər şey Amerika üçün” deyən ABŞ prezidentinin mövqeyində də özünü qabarıq şəkildə büruzə verir. Qlobal liberalizmin çöküşü fonunda “Qərb dəyərləri” haqqında siyasi marketinq texnologiyası da süquta uğrayır”.
“Zelenski qəhrəman deyil, qurbandır. Ondan əvvəlkilər də, sadəcə, məsuliyyətdən yayınmaq üçün vaxt qazanmağa çalışan fərarilərdir. Ukraynanın taleyinin “poker masası” üzərinə çıxarılması prosesi isə Budapeşt razılaşmasından və Leonid Kuçmanın bu razılaşmaya imza atdığı andan başlayır. Baş verənlərə görə həm də Qərbin “rəngli inqilab” ssenarilərində rol alan Ukrayna siyasətçiləri məsuliyyət daşıyırlar. İndi onların heç biri meydanda yoxdu. Çünki məğlubiyyətin şərikləri olmur”.