
Özbəkistan prezidenti Şavkat Mirziyoyev Türkiyəyə gedib.
Modern.az xəbər verir ki, bu barədə “kun.uz” məlumat yayıb.
Bildirilib ki, Mirziyoyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın 15-də paytaxt Ankaraya işgüzar səfərə gedib.
Səfər çərçivəsində onun Ərdoğanla təkbətək görüş keçirməsi nəzərdə tutulub.