Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Avropa İttifaqının (Aİ) texniki qrupunun nümayəndələri ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə Azərbaycanla sərhəddə yerləşdiriləcək monitorinq missiyasının işi, hara yerləşdiriləcəkləri və digər detallar müzakirə edilib.
Qeyd edək ki, Aİ-nin mülki missiyası ilə bağlı razılıq Praqada baş tutan dördtərəfli görüş zamanı qəbul edilib. Missiya bu gün Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü zamanı təsdiqlənib.
Akif İsmayılov