
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avstriyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistan XİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 16-17-də Ararat Mirzoyan Ermənistanın təşəbbüsü ilə ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak etmək üçün Vyanaya işgüzar səfərə gedəcək.
Səfər çərçivəsində beynəlxalq tərəfdaşlarla görüşlərin də nəzərdə tutulduğu qeyd olunub.