Mirzoyan fransalı həmkarı ilə görüşdü 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş zamanı ikitərəfli münasibətlər müzakirə edilib. Bundan əlavə, oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün yekunu olaraq qəbul edilən bəyanatla bağlı fikir mübadiləsi aparılıb.

 

Eyni zamanda görüşdə Aİ-nin Ermənistandakı müşahidə missiyasının və ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyasının fəaliyyəti ilə bağlı məsələlər nəzərdən keçirilib.

 

Akif İsmayılov 

Mənbə

Share: