Mirzoyan hindistanlı həmkarı ilə Laçın yolunu müzakirə etdi

Mirzoyan hindistanlı həmkarı ilə Laçın yolunu müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Görüş Yeni Dehlidə baş tutub. Görüş zamanı regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə edilib.

 

Mirzoyan həmkarına Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində baş verən son hadisələr barədə məlumat təqdim edib. Laçın yolundakı vəziyyətə də toxunulub.

Mənbə

Share: