Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vyanada avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.
Modern.az xəbər verir ki, görüşdən sonra birgə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Mirzoyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması barədə məlumat verib.
O qeyd edib ki, fasilədən sonra Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı danışıqları davam etdirməyin vaxtı gəlib çatıb.
“Hər iki tərəf yekun və tam normallaşma yolunda olduğunu göstərmək üçün konkret addımlar ata bilər”, – Mirzoyan bildirib.
O, mümkün addımlar sırasında diplomatik münasibətlərin qurulmasını və sərhədlərin ilk növbədə üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasportlara malik Ermənistan və Türkiyə vətəndaşları üçün açılmasını vurğulayıb.