Mişel sərhəd missiyasını ALQIŞLADI

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel təşkilatın Ermənistanda mülki monitorinq missiyasının yerləşdirilməsini alqışlayıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə o, “Twitter“ hesabında yazıb.

 

“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makronla görüşün ardınca monitorinq imkanlarının Ermənistanın Azərbaycanla sərhədi boyunca yerləşdirilməsini alqışlayıram. Bu, etimad yaradılmasına yardım edəcək və tezliklə Brüsseldə çağırılacaq sərhəd komissiyalarına Aİ-nin daha yaxşı dəstək verməsinə imkan verəcək”, – deyə Mişel qeyd edib.

 

Qeyd edək ki, Aİ-nin mülki missiyası ilə bağlı razılıq Praqada baş tutan dördtərəfli görüş zamanı qəbul edilib. Missiya bu gün Avropa İttifaqının xarici işlər nazirlərinin görüşü zamanı təsdiqlənib.

Mənbə

Share: