Misir BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) Turizm və Dayanıqlılıq Komitəsinin (CTS) sədri seçilib. İspaniyanın paytaxtı Madriddə bu komitənin qarşıdakı iki il üçün yeni rəhbərliyinin seçkiləri keçirilib. CTS-nin vitse-prezidenti isə Serbiya olacaq. Komitənin tərkibinə Əlcəzair, Anqola, Butan, Xorvatiya, Salvador, Honduras, Filippin də daxildirlər.
Nazirliyin məlumatında qeyd olunub ki, Misir 165 ölkədən 10 min şirkətin qatıldığı “FITUR Madrid 2020” Beynəlxalq Turizm və Səyahət Sərgisi çərçivəsində keçirilən 40-cı sessiyada da iştirak edib. Tədbirdə çıxış edən Misirin Turizm nazirinin müavini Qada Şalabi bildirib ki, onun ölkəsində 2017-ci ildən başlayaraq ekoloji otellər layihəsinə start verilib. Artıq bu cür mehmanxanaların sayı 83-ə çatıb.