
Misir və Suriyanın dövlət başçıları arasında 2014-cü ildən bəri ilk dəfə təmas qurulub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi başsağlığı vermək üçün Suriya prezidenti Bəşər Əsədə zəng edib.
Bu, iki ölkə lideri arasında son 9 ildə baş tutan ilk danışıq olub.
Əbdülfəttah əs-Sisi suriyalı həmkarına yüzlərlə insanın həyatına son qoyan güclü zəlzələnin nəticələrindən üzüldüyünü bildirib.
Qeyd edək ki, dünən səhər saatlarında Suriyada baş verən dağıdıcı zəlzələ nəticəsində ölü sayı 1600-ü keçib.