İsveçin Qahirədəki müvəqqəti işlər vəkili Quranın yandırılmasına görə Misir Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə Misir XİN “Facebook” hesabında məlumat yayıb.
Bildirilib ki, nazirlikdə isveçli diplomata ölkəsinin quranın yandırılması ilə bağlı etiraz mövqeyi çatdırılıb.
“İsveçdə Qurani-Kərimin təkrar yandırılması və təhqir olunması Misir hökuməti və xalqı tərəfindən qəti şəkildə pislənilir, tamamilə rədd edilir. Misir bundan əvvəl də oxşar hərəkətlərin təhlükəli və mənfi nəticələri barədə xəbərdarlıq edib. İsveçi və belə hadisələrin baş verdiyi digər ölkələrin hakimiyyət orqanlarını bu cür hadisələrin təkrarlanmaması üçün tədbirlər görməyə və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq”, – deyə rəsmi açıqlamada deyilir.