Misir hökuməti TRT və Anadolu Agentliklərinə girişi bloklayıb.
Milletinsesi.az “Hüriyyət”ə istinadən xəbər verir ki, hər iki qurumun internet saytlarına daxil olmaq və mobil məlumat əldə etmək mümkün deyil.
Məsələ ilə bağlı Misir hökumətindən hər hansı rəsmi açıqlama verilməsə də, keçmiş prezident Məhəmməd Mursinin ölümü ilə bağlı yayılan xəbərlərdən dolayı bu qərarın verildiyi ehtimal edilir.