Mobil telefonlar beyin xərçənginin riskini artırırmı?

Mobil telefonlar beyin xərçənginin riskini artırırmı?

Bəzi mütəxəssislərin fikirinə görə, mobil telefonlardan istifadə insanlarda beyin xərçənginin riskini artırır.

Lakin Yeni Zelandiya, Böyük Britaniya, ABŞ, İsveç və bəzi digər ölkələrdə aparılmış araşdırmalar göstərib ki, mobil telefonlardan istifadə beyin xərçənginin inkişafına təsir etmir.

İnternational Buisiness Times xəbər verir ki, son belə araşdırma Avstraliyada aparılıb. Sidney Universiteti alimləri araşdırma nəticəsində belə qərara gəliblər ki, mobil telefonların yayılması son 30 il ərzində Avstraliyada beyin xərçəngi hallarının artmasına səbəb olmayıb.

Digər tərəfdən mobil telefonları tam ziyansız hesab etmək olmaz. Artıq sübut olunub ki, telefonlar spermanın keyfiyyətinə mənfi təsir edir. Məhz bu səbəbdən həkimlər kişilərə mobil telefonları şalvarların ciblərində gəzdirməyi tövsiyə etmirlər.

Digər tərəfdən telefon danışıqlarından süi-istifadə edən insanlarda arterial təzyiqinin və stresin artması, yuxusuzluq kimi pozulmalar müşahidə oluna bilər.

 

Share: