“Real”ın futbolçusu Luka Modriç karyerasını ABŞ-da davam etdirə bilər.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Di Si Yunayted” 34 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Yayda Madrid təmsilçisi ilə müqaviləsi başa çatacaq xorvatiyalı yarımmüdafiəçinin MLS klubuna azad agent kimi yollanacağı bildirilir.
Qeyd edək ki, 2012-ci ildən “Real”da çıxış edən Modriç mövsüm 18 oyunda 4 qol, 5 məhsuldar ötürməylə yadda qalıb.