Moldova müdafiə nazirindən Azərbaycana TƏŞƏKKÜR

Moldova müdafiə nazirindən Azərbaycana TƏŞƏKKÜR

Moldovanın müdafiə naziri Anatoli Nosatii bu gün Azərbaycan Respublikasının Kişineudakı fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovla görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Moldova Müdafiə Nazirliyinin saytı məlumat yayıb.

 

Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional təhlükəsizlik sahəsində vəziyyət müzakirə olunub.

 

Nazir Anatolie Nosatii Ukraynadakı qaçqın böhranının həllində Azərbaycanın Moldovaya göstərdiyi köməyə, eləcə də Moldovanın Avropaya inteqrasiyasını dəstəklədiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

 

Səfir Q.Osmanov öz növbəsində qeyd edib ki, Azərbaycan əməkdaşlığa, o cümlədən iki dövlətin hərbi ali təhsil müəssisələrinin kursantları arasında təcrübə mübadiləsinə açıqdır.

Mənbə

Share: