Moldovada fövqəladə vəziyyət rejimi daha 60 gün uzadılıb

Moldova parlamenti Ukraynadakı vəziyyət fonunda ölkənin təhlükəsizliyinə təhdidlər səbəbindən ölkədə fövqəladə vəziyyət rejimini daha 60 gün uzadıb.

Bu qərar qanunverici orqanın son iclasında qəbul edilib.

“Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət 4 iyun 2023-cü il tarixindən etibarən 60 günlük müddətə uzadılıb”, – qərarda deyilir.

Mənbə

Share: