Moldovada son sutka ərzində 3 nəfər koronavirusdan ölüb.
Moldova Səhiyyə Nazirliyinin xəbərinə görə, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 28 nəfərə çatıb.
Moldovada koronavirusa yoluxanlar 1174 nəfərdir. Yoluxma faktı ən çox Kişineudadır – 400 nəfər. Müalicə alaraq evə buraxılan pasiyentlərin sayı isə 43 nəfərdir.