Molla rejimi tələbələrinin saxlanılmasına etiraz edən qəzvinli müəllimi həbs etdi

Güney Azərbaycanın Qəzvin şəhərindən olan müəllim və Qəzvin əyaləti üzrə Müəllimlərin Həmkarlar İttifaqının keçmiş sədri Rəhim Sərkar 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

 

Bununla yanaşı, azərbaycanlı müəllim cərimə edilib və 2 il müddətinə ölkədən çıxışına qadağa qoyulub.

 

Qeyd edək ki, bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə təzyiqlərlə üzləşən müəllim tələbələrinin həbs edilməsinə etiraz etdiyinə görə cəzalandırılıb.

 

Mənbə

Share: