Monqol xalqı iqtidarı 13 mlrd. dollarlıq korrupsiya faktını araşdırmağa vadar etdi…-FOTOLAR

Monqol xalqı iqtidarı 13 mlrd. dollarlıq korrupsiya faktını araşdırmağa vadar etdi…-FOTOLAR

Monqolustan hökuməti Təhlükəsizlik Şurasının tövsiyəsi ilə “kömür biznesi”ndə dövlət sirri olan 9 müqavilənin məxfiliyini ləğv etmək qərarına gəlib.

 

Moderator.az xəbər verir ki, bu haqda yerli Iİkon.mn portalı  məlumat yayıb.

Monqolustan hökumətinin işlər üzrə meneceri Daşzeqviyn Amarbayasqalan bildirib ki, dövlət orqanlarına məxfi müqavilələri üzə çıxarmaq Korrupsiyaya qarşı mübarizə komitəsinə göndərmək və kömür oğurluqlarının baş verdiyi “Tavantolgoy Erdenes”  səhmdar cəmiyyətində mənimsəmə faktını araşdırmaq üçün parlament nəzdində yaradılmış Müvəqqəti komissiyaya ötürmək tapşırılıb. 

 

O, həmçinin qeyd edib ki, hökumət bundan sonra heç bir gizli müqavilələri təsdiqləməyəcək, şəffaflıq prinsipi ilə bağlı məlumatı həyata keçirəcəkləri ilə bağlı prinsipial qərara gəlib.

 

Portal məxfiliyi ləğv ediləcək müqavilələrin, o cümlədən kömür tədarükü və dəmir yolu infrastrukturu obyektlərinin tikintisi üzrə müqavilələrin siyahısını dərc edib.

 

Xatırladaq ki, dekabrın 3-dən 6-dək paytaxt Ulan-Batorda kütləvi etiraz aksiyaları keçirilib. Buna səbəb ölkənin əsas ixrac məhsulu olan daş kömürün oğurlanaraq Çinə tədarük edilməsi göstərilir. Bildirilib ki, indiyədək 12,9 milyard dollarlıq kömür oğurlanıb. Etirazçılar bu cinayət əməlində korrupsiyaya bulaşmış məmurların cəzalandırılmasını tələb ediblər.. 

Dekabrın 7-də Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux prokurorluq və hökumətdən etirazçıların əsas tələbini yerinə yetirməyi və külli miqdarda kömür oğurluğu ilə bağlı işin araşdırılması məsələsini həll etməyi tələb edib.

 

Sultan Laçın

Mənbə

Share: