
Monqolustanda 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar təxminən 844 min insanın yaşadığı paytaxt Ulan-Batordan 403 km cənub-qərbdə baş verib. Zəlzələnin episentri 2 km dərinlikdə yerləşib.
Dağıntı və ya itkilər barədə məlumat verilməyib.