
“Araik Arutyunyanın iqamətgahı önündəki son atışma “ölkədə müəyyən xaos və nəzarətsizlik vəziyyəti yaratmağa yönəlmiş hansısa böyük təxribatın tərkib hissəsidir ki, bu da bəzi qüvvələrə 1988-89-cu illərdə olduğu kimi, eyni rejimi yaratmağa imkan verə bilər…”
Ermənistanın bəzi siyasi şərhçiləri avqustuun 28-dən 29-a keçən gecə Xankəndində – Azərbaycan Respublikasının Qarabağ torpağındakı baş separatçı Araik Arutyunyanın iqamətgahı yaxınlığında odlu silahdan atəş açılmasıyla keçirilən etiraz aksiyasını kortəbii və təsadüfi olduğunu saymır.
Moderator.az xəbər verir ki, “Kavkazski uzel” nəşrinin yazdığına görə, onlardan biri də Lragir.am saytının rus versiyasının redaktoru, siyasi icmalçı Naira Hayrumyandır.
Onun fikrincə, baş separatçının iqamətgahı önündəki son atışma “ölkədə müəyyən xaos və nəzarətsizlik vəziyyəti yaratmağa yönəlmiş hansısa böyük təxribatın tərkib hissəsidir ki, bu da bəzi qüvvələrə 1988-89-cu illərdə olduğu kimi, eyni rejimi yaratmağa imkan verə bilər. O dövrdə belə təxribatlardan sonra sovet hökuməti pasport rejimi qurdu, komendant saatı tətbiq etdi və s. Dövlət orqanları hamarlandı və bütün səlahiyyətlər güc strukturlarına keçdi. İndi də, ola bilsin ki, Qarabağda da hakimiyyət birbaşa Rusiyaya veriləcək”, – Ayrumyan müxbirə belə deyib.
Erməni redaktorunn fikrincə, Rusiya regionda “Azərbaycan qanunvericiliyi çərçivəsində inteqrasiya” aparılmasından yararlanaraq özü keçmiş Dağlıq Qarabağ ərazisində birbaşa hərbi hakimiyyət qurmağa çalışır. “Ona görə də bu siyasət müxtəlif üsullarla, o cümlədən ərzaq məhsullarının, xüsusən də unun idxalına qadağa qoyulmaqla həyata keçirilir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sülhməramlıların tərəflərin razılığı ilə un gətirmək imkanının olduğunu etiraf edib, lakin bu, baş vermir və bu da böhranın kəskinləşməsinə gətirib çıxarır”,- deyə erməni icmalçı vurğulayıb.
Sultan Laçın