Bu gün Rusiyanın paytaxtı Moskvada havanın temperaturu 2,9 dərəcəyə yüksəlib.
Bu barədə İnterfaks Rusiyanın Hidrometeorologiya mərkəzinə istinadən məlumat yayıb.
Bildirilib ki, bununla da Moskvada 63 illik temperatur rekordu qırılıb. Belə ki, 1956-cı ilin dekabrın 18-də Moskvada 2,8 dərəcə temperatur qeydə alınıb.
Dekabrın 18-də Moskvada ən yüksək temperatur 1886-cı ildə (+5,3) müşahidə olunub.
Sinoptiklər bu gün Moskvada havanın temperaturunun 6 dərəcəyə yüksəlməsini də istisna etmirlər ki, bu da 19-cu əsrin sonunda qeydə alınan rekordu qıra bilər.
Sinoptiklər sabah da Moskvada anomal istilərin olacağını proqnozlaşdırırlar. (APA)