Moskvada göllərdə balıqlar ölür

Moskvada su hövzələrində balıqların öülm faktı qeydə alınıb.

Trend-in məlumatına görə, “Yaşıl Moskva” ekoloji hərəkatının lideri Maksim Şinqarkin bildirib ki, bu, paytaxtda son günlər hava şəraitinin kəskin isti keçməsi və su hövzələrində oksigenin azalmasından irəli gəlir.

Qeyd edək ki, sosial şəbəkələrdə Yauz və Borisov göllərində ölmüş balıq şəkilləri paylaşılıb.

Daha öncədən sinoptiklər də Moskvada güclü istilər barədə xəbərdarlıq etmişdilər.

Share: