Moskvada karantin rejimi ləğv edilir

İyunun 9-dan etibarən Moskvada karantin rejimi və icazələr ləğv olunacaq.

Milletinsesi.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin öz bloqunda yazıb.

Sobyanin indiyə qədər həyata keçirilən tədbirlərin pandemiyanın partlayış halını almasının qarşısını aldığını deyib:

“Artıq bir neçə həftədir ki, pandemiya yavaş da olsa azalmaya doğru gedir. Yeni yoluxmaların sayı azalır, sağalanların sayı artır. Faktiki olaraq Moskva əvvəlki həyat ritminə qayıdır”, – Sobyanin bildirib.

 

Share: