Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 15 nəfər ölüb.
Milletinsesi.az xeber verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: “Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 15 xəstə dünyasını dəyişib”.
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 084 nəfərə çatıb.