Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 77 nəfər ölüb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.
Məlumatda deyilir: “Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 77 xəstə dünyasını dəyişib”.
Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 10 540 nəfərə çatıb.