Moskvada koronavirusdan ölənlərin sayı 9 mini ötüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 75 nəfər ölüb.

Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Son sutkada Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 75 xəstə dünyasını dəyişib”.

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 9 053 nəfərə çatıb.

Share: