Rusiya paytaxtı Moskvada sentyabrın 21-i elan olunan qismən səfərbərlik başa çatıb.
Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
Sobyanin qeyd edib ki, səfərbərlik məntəqələri oktyabrın 17-si saat 14:00-da bağlanır:
“Bununla da yaşayış yeri və müəssisələrə səfərbərlik prosesində göndərilmiş çağırış vərəqələri öz qüvvəsini itirir”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin səfərbərlik çərçivəsində orduya 220 min nəfərin cəlb olunduğunu açıqlayıb.