Moskvada sülhlə bağlı yeni sənədlər hazırlanır

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin müzakirəsi üçün indiyədək imzalanmış bəyanatlardan əlavə bir sıra sənədlər hazırlanır.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayeli” nəşri məlumat yayıb.

Nəşrin xəbərində qeyd edilib ki, Rusiya XİN başçısı Sergey Lavrov iyulun 25-də Moskvada Azərbaycanın xarici işlər nazirini qəbul edərkən bu məsələyə toxunub. 

 

“Lakin Lavrov sənədlərin məzmunu barədə heç nə deməyib”, – “Hayeli” yazıb.

 

Xatırladaq ki, iyulun 25-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub.

 

XİN-dən bildirilib ki, Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb.

 

Bundan əlavə, nazir bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğulayıb.

Mənbə

Share: