Moskvada tarixin ən isti günü gözlənilir

19 dekabrda Moskva üçün proqnozlaşdırılan hava tarixin ən isti günü ola bilər.

Bu barədə Rusiya Hidrometereoloji Mərkəzinin direktoru Roman Vilfand deyib.

“Ən qeyri-adi və yüksək temperaturlu – 3-8 dərəcəli – hava 19 dekabr üçün proqnozlaşdırılır. Bu baş verərsə, hava müşahidəsi tarixində rekord qeydə alınacaq”, – Vilfand deyib.

Qeyd edilir ki, Moskvada bazar ertəsi 1-3 dərəcə, çərşənbə axşamı və çərşənbə 2-4 dərəcə, cümə axşamı isə 3-8 dərəcə isti gözlənilir./axar.az

Share: