Moskvadan Vaşinqtona təklif

Moskva 2011-ci ildən qüvvədə olan və 2021-ci ildə bitəcək Nyu-Star nüvə razılaşmasını daha 5 il müddətinə uzadılması üçün rəsmi addm atıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakovun sözlərinə görə, ABŞ-la razılaşmanı daha 5 il və ya daha qısa müddətə uzatmağı təklif edirlər.

Nazir müavini əlavə edib ki, anlaşmanı 5 ildən qısa müddətə uzatmaq yaxşı nəticə olmasa da, imzalamamaqdan daha yaxşıdır.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp 2017-ci ildə Putinlə görüşü zamanı bu razılaşmanı ölkəsinin maraqları baxımından “ən pis razılaşma” adlandırmışdı./teleqraf

Share: