Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif poliqonlarda və müasir avadanlıqla təchiz edilmiş təlim sahələrində atəş hazırlığı üzrə məşğələlər keçirilir.
Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, hərbi qulluqçular silahların taktiki-texniki xüsusiyyətlərini bilmələri barədə məqbullar verir, onların sökülüb-yığılması üzrə normativləri yerinə yetirir, eləcə də silahla hərəkət bacarıqlarını təkmilləşdirir.
Müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular müvafiq normativlərə uyğun olaraq praktiki təlim atəş çalışmalarını icra edir.