“Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.
Bunu Gununsesi.info-ya açıqlamasında paytaxtda motosikilet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov yayılmış görüntülərinə münasibətində deyib.
O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir:
“Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”.
Qeyd edək ki, Sultan Dadaşovun PA-da işlədiyi deyilir.