İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.
Qol.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, “Tottenhem”in çalışdırıcısı Joze Mourinyo bütün həmkarlarını qabaqlayıb.
Mourinyonun komandası ötən ay meydana çıxdığı 4 oyunun 3-də qalib gəlib və 1 heç-heçə edib.
Qeyd edək ki, London təmsilçisi 11 turdan sonra 24 xalla turnir cədvəlinin lideridir.