“Tottenhem”in baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Olimpiakos”la matçdan sonra futbolçusu Erik Dayerdən üzr istəyib.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis yarımmüdafiəçini erkən – matçın 29-cu dəqiqəsində əvəzlədiyi üçün üzrxahlıq edib:
“Demək istədiyim ilk şey Erik Dayerdən üzr istəməkdir. Onun üçün asan bir vəziyyət deyil. Bu qərarı komanda üçün bir həll yolu tapmağa görə verdim. Dele Ali ilə opynaya bləcək bir futbolçuya ehtiyac var idi. Ümid edirəm ki, tərəflər bunu anlayıb”.
Xatırladaq ki, “Tottenhem” “Olimpiakos”a 4:2 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.