
Mayın 10-da Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlikləri səviyyəsində toplantı keçiriləcəklər.
Bu barədə NTV-yə müsahibəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, tərəflər arasında təmaslar davam edir: “İranlı həmkarım Hüseyn Əmir Abdullahiyan Afrika turuna çıxıb. Görüşdə onun müavinlərinin iştirak edəcəyini dəqiq bilmirəm”.