Mozambikdə yük maşınında 64 qanunsuz miqrantın meyiti tapılıb.
“France-Presse” agentliyi bu barədə məlumat yayıb.
“Malavidən gələn, efiopiyalıolduqları ehtimal olunan qanunsuz mühacirləri daşıyan yük maşını nəzarət üçün Tete əyalətində dayandırılıb. 64 nəfər ölü, 14 nəfər sağ aşkar edilib”, – xəbərdə deyilir.
64 nəfərin boğularaq öldüyü təxmin olunur.