MSK-nın iclasında ilk qərar verildi – Təcili

MSK-nın iclasında ilk qərar verildi – Təcili

12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyasının iclası başlayıb.

Milletunsesi.az xəbər verir ki, iclasda fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə bağlı MSK-ya daxil olan müraciətlərə baxılır.

Daxil olan müraciətlərlə bağlı MSK katibi Arifə Muxtarova və Ekseprt Qrupunun üzvləri məlumat verirlər.

MSK katibi Arifə Muxtarova bildirib ki, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə daxil olmuş bir müraciətin araşdırma səlahiyyəti DSK-ya aid olduğundan, müvafiq DSK-ya göndrilməlidir.

A.Muxtarova daha sonra 121 saylı Laçın, 108 saylı Ağstafa, 73 saylı Lənkəran şəhər, 98 Şəmkir şəhər (bu dairə üzrə iki şikayət), 10 saylı Binəqədi üçüncü, 16 saylı Yasamal ikinci, 24 saylı Nizami seçki dairəsi üzrə şikayətlərin qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün ərizəçilərə geri göndərilməli olduğunu qeyd edib.

Bu şikayətlərin müvafiq DSK-ya və ərizəçilərə göndərilməsi barədə qərar qəbul olunub.

Məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O qeyd edib ki, 88 saylı Göyçay, 51 saylı Qusar, 24 saylı Nizami seçki dairələri üzrə şikayətlər gec dail olduğu üçün təmin edilməməlidir.

Daha sonra 24 saylı Nizami birinci seçki dairəsi üzrə müşahidə aparmış Rövşən Nəcəfov bildirib ki, DSK-dan protokolu istəyib:

“O, DSK-nın iclasında iştirak etmək istəyib. Amma ona bildirilib ki, iclas olmayacaq. Nəcəfov bunu mübahisələndirib və MSK-ya müraciət edib. Onun müraciətində göstərdiyi hallar öz təsdiqni tapmayıb. Ona görə də təmin edilməməlidir”.

MSK üzvü Qabil Orucov bildirb ki, 42 saylı Sumqayıt seçki, 52 saylı Quba seçki dairəsi üzrə şikayətlər də şikayət vermə müddəti ötürülməklə daxil olduğu üçün ərizəçiyə geri qaytarılmalıdır.

MSK üzvü Validə Kazımova 101 saylı Göygöl-Daşkəsən, 54 saylı Şabran-Siyəzən, 57 saylı Kürdəmir , 20 saylı Nərimanov ikinci, 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə şikayət də şikayətvermə müddəti ötdüyü üçün geri qaytarılmalıdır.

MSK sədri Məzahir Pənahov bildirib ki, vaxtı keçmiş müracitlərin heç bir alternativi yoxdur:

“Bizim vaxtı ötmüş şikayətlərə baxmaq səlahiyətimiz yoxdur”.

Share: