Mərkəzi Seçki Komissiyasına daxil olan şikayətlərin sayı əvvəlki seçkilərlə müqayisədə xeyli azdır.
Milletinsesi.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
“Müəyyən şikayətlər var ki, MSK istəsə də Seçki Məcəlləsinin tələbinə görə həmin məsələ komissiyanın iclasına çıxa bilməz. Hətta həmin şikayət xarakterli müraciətlər də daxil olmaqla ümumi şikayətlərin sayı 30-40-ı keçmir. Yəni, builki seçkilərdə şikayətlər ötən seçkilərlə müqayisəolunmaz dərəcədə azdır. Bu da bizi sevindirir. Hiss olunur ki, cəmiyyətdə baş verən dəyişikliklər ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Əvvəllər biz deyirdik ki, müstəqil ölkənin vətəndaşları fəal olmalıdırlar. Bu gün çox məmnuniyyətlə deyə bilərik ki, artıq bunu fəaliyyətimizdə hiss edirik”, – deyə MSK sədri bildirib.