Müəllimlər niyə direktor olmaq istəmir? – “Elə şərtlər qoyulub ki…“

Təhsil naziri Emin Əmrullayev son brifinqdə hazırda 500 məktəbdə direktor vəzifəsinin boş olduğunu bildirib. Onun sözlərinə görə, səbəb direktorların müsabiqə ilə seçilməsi və müsahibədə az sayda müəllimin iştirak etməsidir.

500 təhsil müəssisəsinin direktorsuz fəaliyyət göstərməsi nə dərəcə də doğrudur? Müəllimlər nəyə görə müsahbiqəyə qatılıb direktor olmaq istəmirlər?

Yenisabah.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi direktorların işə qəbulu ilə bağlı şərtlərin ağır olduğunu bildirib:

“Ölkədə 4.432 təhsil müəssisəsi fəlaiyyət göstərir və onlardan 500-də idarəedici şəxs yoxdursa, “Təhsildə olan problemin müəyyən hissəsi bundan qaynaqlanır” deyə bilərik.

Korrupsiya və rüşvət halları olduğuna görə müəllimlər direktor olmaq istimr. Yaxud da müsabiqə və müsahibə mərhələlərini keçməkdə çətinlik çəkirlər.

Direktorların işə qəbulu ilə bağlı elə şərtlər qoyulub ki, müəllimlər başlarını ağrıtmaq istəmirlər. Ondansa 18-30 saat dərs verib aylıq əməkhaqqı almaq sərfəlidir.

Əgər şərtlərdə yumşaldılma olsa, o zaman bu sahədə müəyyən inkşafa nail olmaq olar. Yəni məktəb direktoru olmaq istəyən şəxslərdə müəyyən stimul oyanar.

Təhsil müəssisəsinin rəhbəri yeri boşdursa, həmin vəzifəni direktor müavini icra edir. Lakin məktəbdə mütləq direktor olmalıdır. Əks halda, korrupsiya halları çoxalacaq, digər neqativ hallar da. Hazırda direktor olmadığı üçün hər kəs məsuliyyəti bir-birinin üzərinə yıxır”.

Ekspert məktəb direktorlarını Təhsil Nazirliyi tərəfindən təyin edilməsi məsələsinə də aydınlıq gətirib:

“Əvvəllər icra başçıları, təhsil şöbələri təqdimat verirdi və ya ödəniş, yəni rüşvət alınıb direktor təyin olunurdu. İndi isə prosesi Təhsil Nazirliyi həyata keçirir. Amma yenə də çatışmazlıqlar var.

Hətta bütün 4432 məktəbi bir-bir yoxlasaq, hazırda direktor kürsüsü boş olan məktəblərin sayı 3 minə çatar. Çünki yerində olmayan, direktorluqdan bixəbər, kiminsə tapşırığı ilə təyin olunan adamlar var. Biz bu cür neqativləri aradan qaldırmalıyıq ki, təhsilin inkşafına nail ola bilək”.

Share: