“ABŞ ordusu robototexnika və süni intellektdən istifadəni əhatə edən modernləşdirmə üçün yeni doktrina təqdim etmək niyyətindədir. 10-15 ildən sonra dünyada ən müasir hərbi qüvvələrin təxminən üçdə birinin robotlaşdırılacağı gözlənilir”.
Bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli deyib.
Onun sözlərinə görə, ABŞ müharibə üçün müasir texnologiyalardan, o cümlədən süni intellektdən istifadəni optimallaşdırmağa çalışır:
“Bu, böyük dövlətlərin müharibəsini yüngülləşdirmək üçün edilir. Cari ilin iyununda artıq bu mövzu qaldırılıb və süni intellektin orduya fundamental təsir göstərəcəyi bəyan edilib. Bu, rəqiblərimizin bizə qarşı istifadə edəcəyi texnologiyadır və ora birinci çatmaq bizim xeyrimizə olacaq”.