
ErmənistanIN Geğarkunik vilayətindəki hərbi hissələrdən birində ötən həftə baş verən və 15 hərbçinin ölməsi ilə nəticələnən partlayışdan sonra müdafiə naziri Suren Papikyanın istefa verməsi barədə tələblər səngimək bilmir.
Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, parlamentinin spikeri Alen Semonyan bu tələblərə münasibət bildirib.
O, müdafiə nazirinin istefası ideyasına qarşı olduğunu açıqlayıb.
“Suren Papikyan faciə ilə əlaqələndirilməməlidir. Nazir öz işini çox yaxşı görür. İslahatlar aparır. Papikyanın mümkün istefası ilə bağlı söhbətlər isə siyasi spekulyasiyadır. Onun apardığı islahatlara, müharibədən sonrakı dövrdə ordunun transformasiyasında üzərinə götürdüyü məsuliyyətə görə bu söhbətləri yersiz və boş hesab edirəm”, – deyə spiker söyləyib.