Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işinin istintaqı üzrə Müdafiə Nazirliyinin sabiq idarə rəisi saxlanılıb.
Millətin Səsi.az Trend-ə istinadən xəbər verir ki, saxlanılan şəxs Müdafiə Nazirliyin Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyevdir.
F.Mirzəyevə qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Fikrət Mirzəyev 2020-ci ildə Müdafiə Nazirliyindəki tutduğu vəzifədən azad olunub.