“Müğənni efirdə deyir ki, qaynanamın üzünü cırdım, xalq artistləri qoca yaşlarında soyunurlar”-efirlərdən uzaq düşən məşhur müğənni-FOTO+ÖZƏL

“Mən ümumiyyətlə son sözümü öncədən deyən insanlardan deyiləm. Amma burada son sözümü əvvəldən deyəcəm. Yaxşı ki, vaxtında sənətdən getdim, uzaqlaşdım. Elə bil ki, efir, sənət, televiziya bir sözlə hər şey tərsinə çevrilib. Bizim vaxtımızda belə deyildi. Heç bəyənmirəm. Bu günki struktura düzgün deyil. Müğənnilər efirdə ağzına gələni danışır. O gün bir müğənni deyir ki, qaynanam mənə filan şey dedi, durub cırdım onu üzünü. Bu nə deməkdir? Bu efir sözüdür? Hələ onu da efirə verirlər! Bəzi xalq artistləri başlayıblar soyunmağa. Bu da xoşuma gəlmir. Cavan vaxtlarında başlarını bağlayırdılar, indi qoca vaxtlarında bədənlərini başlayıblar çöldə qoymağa. Onsuz da elə şeylərə tamaşaçılar nifrət edə-edə baxır. Sadəcə onlara maraqlıdır ki, görüm kim indi tərbiyəsiz söz danışacaq?! Veriliş aparıcılarına da o lazımdır ki, qoy izləyənlərin sayı artsın. Bu reytinq hardan gəlib dəbə düşüb?! O vaxt AZTV-də “Arzular” konserti var idi. Camaat 1 həftə öncədən oturub baxırdı ki, görək kim oxuyacaq?! Orada biri paltarından, ayaqqabısından, üzüyündən danışmırdı. Ona görə də qürurum yol vermədi sənətdə qalım”

 

Bunu Moderator.az-a açıqlamasında ötən illərin ən məşhur müğənnisi Yaqut Babayeva deyib. O daha sonra əlavə edib.

“Firuzə İbadova, Səbinə İlyasova, Bəsti Bəkirova, Gövhər Rzayeva ilə yaxınam. Amma bunların içində ən yaxın olduğum Firuzə İbadovadır. O məni çox istəyir, mən də onu. Onunla bacı kimiyik. Digərləri də elədir, amma Firuzə xanım hamısından 5 addım öndədir. Onun kimi insanlar heç barmaq sayı qədər də yoxdur. O vaxt kimin nə sözü var idisə kişi kimi üzə deyirdi. Bu günkilər pişik pələngdən qorxan kimi gedib o tərəfdən işarə edir, çıxıb efirdən deyir ki, “filankəs eşit, bunu sənə deyirəm”. Problemi efirə daşımırdılar. O illərdə efir vasitəsilə böyük sənətkarlarımız Flora Kərimova ilə İlhamə Quliyevanın söz-söhbəti olub. O illərdə mənim ayağımı tapdalayanın başını tapdalayardım. Sonra yaş işini görür, özünü böyük sayırsan. Baxıb gördüm ki, kim mənə qarşı laqeyddirsə, onlardan uzaqlaşım. Lazım gəlib, cavabını verib yerində otuzdurmuşam. Mən yalanı sevmirəm. Yaxın bir müğənni dostum mənə yalan danışdığı üçün onunla əlaqəmi kəsdim. Bu günki günə qədər mənə aydın olmadı ki, o niyə görə yalan danışdı?! Amma çox maraqlı olardı səbəbi. Səmimi olmayan adamla mənim nə işim var? Çünki mən qarşımdakı adamı özüm kimi görürəm. Necə səmimiyəmsə onunla elə davranıram. Mən tərbiyə görmüşəm, ədəbli xanımam. Özümü tərifləmirəm. Amma damarımın pis yerinə toxunan olsa əjdaha ola bilərəm. Bir gün kimləsə danışım, o dəqiqə bilirəm ki, o nə tip adamdır” deyə sənətkar bildirib.

 

Yaqut Babayeva bildirib ki, köhnə mahnılarını yenidən aranjiman etdirmək istəyir.

 

“Mənim gözəl mahnılarım çoxdur. Bu yaxınlarda bir kişi müğənnimiz mənə zəng vurub dedi ki, icazə verirsən mən o mahnını aranjiman edib oxuyum? Dedim ki, qurbandır sənə! Hələ başqa bir mahnımı da ona verdim. Əlbəttə ki, istərdim. Amma problemi çoxdur. Bütün o mahnıları yenidən aranjiman etmək lazımdır. Mahnılarımın 60-70 faizi dəbdə olan mahnılardır. Bütün onlara külli miqdarda vəsait lazımdır. Sırf buna görə çəkilib kənarda durmuşam” deyə müğənni bildirib.

Yaqut Babayeva hazırkı fəaliyyətindən də danışıb.

 

“Mədəniyyət Nazirliyinin nəzdində Hüseynqulu Sarabski adına mədəniyyət evində özfəaliyyət ansamblının bədii-rəhbəri işləyirəm. 500 manat maaş alıram. Pensiya da alıram.  Kiçik bir obyektim var. Soyuducumuzu doldururuq, istədiyimizi alıb, yeyə bilirik. Ev, brilliant ala, mahnı yazdıra, aranjiman etdirə bilmərəm, amma  başqa nə istəsək ala bilərik. Gücümüz buna çatır. Əgər mahnı yazdırsam, aranjiman etdirsəm 1 il ac qala bilərəm” deyə sənətkar bildirib.

 

Mənbə

Share: